Erməni təcavüzünü pislədiyinə görə Xamenei rejimi azərbaycanlı fəal Rza Zareini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın şiə ölkəsi Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə antiislam Xamenei rejimi azərbaycanlı milli-mədəni fəal Rza Zareini oktyabrın 18-də keçirilən Azərbaycan ordusuna dəstək aksiyası zamanı Təbrizdə həbs edib.

Ermənipərəst İran rejiminin təhlükəsizlik qüvvələri həmin gün fəalın evinə hücum edərək, saxlanmasına dair heç bir məhkəmə qərarı göstərmədən onu həbs edib və naməlum istiqamətdə aparıblar.

Azərbaycanlı fəal Güney Azərbaycanda oktyabrın 18-də İrandan Ermənistana silah keçirilən Nurduz gömrük məntəqəsinin bağlanmasına çağırışla bağlı yaxalanıb.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

Bir cavab yazın