Cümə , Aprel 19 2024
azfa

Sayın Mikayıl Oytanın Zəngilan və 20-dən artıq kəndin erməni işğalından azad olunması münasibəti təbrik mesajı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta bu gün müzəffər Azərbaycan ordusunun Azərbaycanın Ermənistanın işğalında olan Zəngilan şəhəri və 20-dən artıq Azərbaycan kəndini azad etməsi münasibəti Azərbaycan türk millətini təbrik edib.

Sayın Mikayıl bəyin təbrik mesajını təqdim edirik: 

ZƏNGİLANIN AZADLIĞI MÜBARƏK OLSUN                                                

Bu gun 55 milyonluq Azərbaycan millətimizin ən qürurverici günüdür! Qəhrəman ordumuzun  daha bir zəfəri – Zəngilanın azad olunması münasibətilə Ali Baş Kamandan, Prezidentimiz cənab İlham Əliyev başda olmaqla millətimizi və bütün Azərbaycansevənləri və millətimizin mənafeyini müdafiə edənləri ürəkdən təbrik edirəm. Qoy işğal olunmuş topraqlarımızın ən son qarışı da cinayətkar, terrorist, xain Ermənistan silahli qüvvələrindən təmizlənsin və bu uşaq qatilləri məhv edilsin.

Bu qələbə bir daha açıq mesaj olsun ki, Azərbaycan topraqlarına və onun şərəfli, qeyrətli, böyuk mədəniyyətə sahib olan millətinə əyri baxan hər kəs qəhrəman Azərbaycan ordusunun əli ilə məhv olacaq. Böyuk Azərbaycan milləti tarixi yaradan ve yazan millətdir. Dostlarımıza salam, duşmənlərimizə qəhr olun deyirik. Var olsun uca dövlətimiz, qəhrəman ordumuz, şanlı bayrağımız!

55 Milyonluq Azərbaycan Millətinə eşq olsun  

Dərin hörmətlə   

 Mikayil Oyta

Güney Azərbaycan Demokratik Türk Birliyi ( GADTB )

Uluslararasi İlişgilər Departamentin Sədri

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın