Cümə , Yanvar 21 2022
azfa

Ermənipərəst İran “Qarabağ bizimdir” plakatını nümayiş etdirən azərbaycanlıların mağazalarını bağladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi Güney Azərbaycanın Nadarlı qəsəbəsində Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləmək məqsədilə “Qarabağ bizimdir” plakatını nümayiş etdirdiklərinə görə, bir türk fəalın mağazasını bağlamış, iki fəalı isə ETTELAAT İdarəsinə çağırıb.

Antiazərbaycan Xamneyi rejimi mağaza üzərində “Qarabağ bizimdir, bizim olacaq” şüarı yazılmış plakat ilə əlaqədar mağazanı bağlayıb.

Azərbaycanlı milli-mədəni fəal Aydın Hilalı mağazasının bağlanmasının səbəbini öyrənmək üçün İran polisinin ümumi məkanlara nəzarət bölməsinə (Əmakin) müraciət edib. Əmakin mərmurları möhürlənmənin keçən həftə qəsəbənin meydanında nümayiş etdirilən plakatla əlaqədar olduğunu söyləyiblər”.

Bununla əlaqədar olaraq həmçinin azərbaycanlı milli fəallar Murtuz Nurməhəmmədi və Hüseyn Əmani həmin plakatla görə ETTELAAT İdarəsinə çağırıb.

Qeyd etmək lazımdır ki, sentyabrın 29-da Ərdəbilin Ciral parkında Quzey Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək üçün keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədi ilə təşkil edilmiş aksiyada 30-dan çox milli fəal həbs edilib. Həmçinin oktyabrın 1-də Güney Azərbaycanın əksər şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan, Ərdəbil və s. şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Lakin Güney azərbaycan dirənişə ciddi-cəhdlə davam edib və 100 minlərlə insan İranın Antiazərbaycan mövqeyinə etirazlarını davam etdiriblər. Nəticədə İran rejimi sözdə də olsa geri addım atmağa məcbur oldu.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Bir müddət öncə isə Amnesty İnternational yaydığı bəyanatda Tehran rejimi tərəfindən azərbaycanlı fəalların kütləvi şəkildə həbsindən narahat olduğunu bildirərək, onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi.

Həmçinin yoxlayın

İranla Ermənistan sərhəddə yarmarka açırlar

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, Araz Azad İqtisadi Zonası Təşkilatının İdarə …

İran rejimi Təbriz metrosunun aldığı qatarı Şiraz metrosuna verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycana qarşı müstəmləkə və ayrıseçkilik …

Bir cavab yazın