Cümə , Aprel 26 2024
azfa

Ermənipərəst İran rejimi erməni təcavüzünü pisləyən Əli Xeyrcu və Meysəm Colani mühakimə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənipərəst İran rejimi Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə azərbaycanlı fəallar Əli Xeyrcu və Meysəm Colanini məhkəməyə çağırdı.

Ərdəbil sakini olan azərbaycanlı milli-mədəni fəallar aldığı iki ayrı bildirişə əsaən 9 dekabr səhər saat 9: 30-da rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin ikinci şöbəsində olmalıdırlar.

Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiyinə görə İran rejimi azərbaycanlı fəalları “İrana qarşı təbliğat aparmaq”, “Sistem əleyhinə qruplara və kiberməkandakı kanallara üzv olmaq”, “Təhlükəsizliyə qarşı təşkilatlarla əlbir olmaq” maddələri ilə ittiham olunbular. Görünür Xamenei rejimi Azərbaycana qarşı hərbi təcavüzü pisləməyi özünə təhdid hesab edir.

Qeyd edək ki, həmin iki mədəni fəal rejimin təhlükəsizlik qüvvələri tərəfindən oktyabrın 1-də evlərində tutulmuşdular. Onlar Ərdəbilin Ceral Parkı məhbusları ilə birlikdə, hər biri 300 milyon tümən girov müqabilində məhkəmə prosesi bitənə qədər zaminə buraxılmışdılar.

Fəalların hər biri yaxandıqdan sonar üç ayrı ittihamla günahlandırılırdı. Digər iki ittiham baxılması üçün inqilab məhkəməsinə göndərildi.

ETTELAAT qüvvələri Əli Xeyrcunu yaxalamaq üçün heç bir məhkəmə qərarı olmadan evin duvarından aşaraq milli fəalı və onun ailə üzvlərini döyüb, təhqir etmişdilər.

Xeyrcu tutulduqdan sonra Ciral Parkı məhbuslarının anaları və Xeyrucunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə yaxınlarının vəziyyətini öyrənmək üçün Ərdəbil prokrorluğunun 10-cu şöbəsinə müraciət etmişdilər. Lakin rejimin əlaltısı hakim Nonəhal tərəfindən təhqir olunaraq uzaqlaşdırılmışdılar.

Xeyrcunun həyat yoldaşı Əfsanə xanım Əkbərzadə isə Nonəhalın tərbiyəsiz davranışlarına, söyüş və təhqirlərinə və həbs olunan milli fəalların saxlanılmasının qanunsuzluğuna etiraz etdiyi üçün 24 saatlığına həbs olunmuşdu.

Sentyabrın 29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığı uğrunda Azərbaycanın keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş aksiyada iştirakına görə bir çox azərbaycanlı fəal ermənipərəst İran rejimi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.

Həmçinin oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində, eləcə də Tehranda on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın