Ermənistan sərhəd təxribatı məsələsində Rusiya ilə yanaşı İrandan yardım istəyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan Azərbaycanla sərhəddə təxribat törədəndən sonra İrandan da yardım istəyib.  

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın İrəvandakı səfiri Abbas Bədəxşan Zohuri ilə görüşüb.

Qriqoryan İran səfirini Ermənistan-Azərbaycan sərhədindəki son əməliyyat-taktiki vəziyyətlə bağlı bilgiləndirib.

Tərəflər habelə bölgəsəl sülh və təhlükəsizlik məsələsinə diqqət yetiriblər. Onlar guya əmin olduqlarını bildiriblər ki, sərhəddəki gərginliyi tez bir zamanda azaltmaq və sülh yolu ilə nizamlanma prosesini davam etdirmək mümkündür.

Həmçinin yoxlayın

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Molla rejimi qoşaçaylı Yəqub Kərimipuru edam edib

GADTB: Hökumətə yaxın media orqanları Qoşaçay (Miyandab) sakini, türk əsilli və Goran məzhəbinə mənsub Yəqub …