Cümə axşamı , Yanvar 28 2021
azfa

Ermənistandan Mingəçevir, Abşeron və Xızıya uzaq məsafəli raket atılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistan faktiki olaraq Azərbaycana ərazisinə hərbi təcavüz etməklə Ermənistan ərazisindən Azərbaycanın Migəçevir, Abşeron və Xızı rayonu ərazisinə raket zərbələri endirib.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün Tvitter hesabındakı paylaşımında bildirib.

O, qeyd edib ki, Xızı və Abşeron bölgəsinə iki 300 km məsafəli orta mənzilli raket atılıb.

Ermənistan Silahlı Qüvvələri tərəfindən atılan raketlərin 1-i Mingəçevir şəhərində enerji blokunun yaxınlığına düşüb.

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində məlumat verib.

O bildirib ki, əraziyə düşən raket partlamayıb:

“Ermənistanın Azərbaycanın vacib mülki infrastrukturuna qəsdən və məqsədyönlü hücumunun sübutu. Ermənistanı məsuliyyəti dərk etməsi üçün sülhə məcburetmə davam etməlidir”.

İşğalçı ölkənin silahlı qüvvələri 04.10.2020-ci il, saat 23 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən 100 km-dən artıq uzaqlıqda yerləşən Azərbaycanın sənaye şəhəri, 100 mindən artıq əhalisi olan Mingəçevir şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket zərbələri ilə atəşə tutub.

Azərbaycan Baş Prokurorluğundan verilən məlumata görə, atılan 3 raketdən 2-si partlamayıb. Partlamayan raketlərdən 1-i Azərbaycan İstilik Elektrik Stansiyası MMC-nin qarşısına, digəri isə dinc sakinlərin yaşadıqları evin yaxınlığına düşüb. 3-cü raketin fərdi yaşayış evinə atılması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, eyni zamanda evə külli miqdarda ziyan dəyib.

Hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir

Həmçinin yoxlayın

Rusiya Federasiyasının süqutu yaxınlaşır

GADTB: SSRİ necə dağıldı?.. 1985-ci ildə Sovet İttifaqı Kommunist Partiysının baş katibi seçilən Mixail Qorbaçov …

Türk ölkəsi Qazaxıstan özünun korona vaksinini istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Qazaxıstanın Baş naziri yerli “QazCovid” adlı …

Bir cavab yazın