Cümə axşamı , Sentyabr 24 2026
azfa

Ərdəbildə divarlara işğalçı Ermənistana dəstəyin pislənməsinə dair şüarlar yazıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində divarlara işğalçı Ermənistana dəstəyin pislənməsinə dair şüarları yazılıb.

Divarlara yazılan şüarlarda İranın ermənipərəst rejiminin işğalçı Ermənistana verdiyi dəstək pislənərək yazılıb:

“İran silahı + Rusiya sərmayəsi + PKK yaraqlısı = Qarabağda azərbaycanlı qətliamı”

 “İran! Şiələri öldürmək üçün kafir rejimi qidalandırmaq haramdır!”

Ərdəbillə yanaşı Təbriz  və Güney Azərbaycanın digər şəhərlərində də neçə gündür ki, divarlara Azərbaycana dəstək şüarları yazılır.

 “Qarabağ”, “ya Qarabağ, ya ölüm”, “Qarabağ bizimdir, bizim qalacaq”, “Azərbaycan milləti, çəkənməz bu zilləti” və “Güneydən Quzeyə dəstək” bu şüarlar sırasındadır.

Qeyd edək ki, daha əvvəl Ərdəbildə və oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Aksiyalarda 100-dən çox azərbaycanlı fəal həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Tehrandan Tacikistanın paytaxtına uçan təyyarə yolun yarısından geri qayıdıb

GADTB: İran Mülki Aviasiya Təşkilatının sözçüsü Tacikistana uçan İran təyyarəsinin Türkmənistan hava məkanından keçmək üçün …

Bir cavab yazın