Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyənlərə qarşı İranın represiyaları davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müsılman azərbaycanlıların qətliamı üçün xristian ermənilərə hər tərəfli yardım edən İranın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən azərbaycanlılara qarşı represiyaları davam edir.

Bu istiqamətdə 100-dən artıq azərbaycanlının artıq həbsdə olmasına baxmayaraq, bir sıra fəallar yenə təzyiq və həbsə məruz qalır. Urmiyada yaşayan azərbaycanlı milli-mədəni fəal Mikayıl Qulupur İran rejiminin ETTELAAT idarəsinə çağırılıb.

ETTELAAT məmurları fəaldan Azərbaycan Respublikasının Qarabağı işğaldan azad etmək üçün apardığı hərbi əməliyyatları dəstəkləməsi və türklərin pozulmuş hüquqlarının bərpa edilməsi üçün göstərdiyi mədəni fəaliyyətlərə görə 4 saat müddətində dindiriblər.

Dindirilmə zamanı fəalın bu fəaliyyətləri dayandırması üçün ciddi təhdid edilib.

Mikayıl Qulupur 2011-ci ildə Urmiya gölünün acınacaqlı vəziyyətinə görə keçirilmiş etiraz aksiyasında da rejimin qüvvələri tərəfindən yaxalanmışdı.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın