Cümə , Yanvar 28 2022
azfa

Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə İran yaxaladığı Səccad və Məhəmməd Colani zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi təcavüzü pislədiyinə görə ermənipərəst İran rejiminin yaxaladığı Səccad Colanivə Məhəmməd Colani vəsiqə qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı fəallar 1 milyard tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

29-da Ərdəbilin Ciral parkında Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığı uğrunda Azərbaycanın keçirdiyi əməliyyatlara dəstək məqsədilə təşkil edilmiş aksiyada iştirakına görə Səccad Colani bir çox azərbaycanlı fəal ermənipərəst İran rejimi tərəfindən vəhşicəsinə döyülərək həbs edilib.Ərdəbilin Ciral parkında təşkil olunan dinc mitinqdə 20 nəfərdən artıq azərbaycanlının nəzarət altına alındığını, bir çox iştirakçının da yaralandığını bildirib.

Digər tutulan milli fəallar Əsgər Əkbərzadə, Murtuza, Müctəba və Mustafa Pərvin, Əli və Bəhmən Xeyrcu, Mehdi Huşmənd, Sübhan Bəxşi və Meysəm Culaninin harda saxlanmaları və sağlamlıq vəziyyətləri barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Ukrayna uydurma erməni soyqırımının müzakirəsini rədd etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukraynada Türkiyəyə qarşı erməni lobbisinin hazırladığı üzdəniraq “erməni …

İran rejimi əlaltıları vasitəsilə Azərbaycanda tarixi türk toponimlərini təhrif edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Güney Azərbaycandan türk izini silib, Azərbaycan …

Bir cavab yazın