Şənbə , Noyabr 26 2022
azfa

Ermənistanın təcavüzünü pislədiyinə görə həbs edilən milli fəal Sədulla Sasani rejim tərəfindən zindana köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədiyinə görə İran rejimi tərəfindən Təbrizdə həbs edilən azərbaycanlı milli- mədəni fəal Sədulla Sasani rejimin Təbrizdəki ETTELAAT İdarəsindən zindanın karantin bölməsinə köçürülüb.

Qarabağa dəstək aksiyaları ilə bağlı Təbrizdə tutuqlanan bir çox fəalın durumu ilə bağlı heç isə bir məlumat yoxdur.

Qeyd edək ki, oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Ermənistan rəsmisi anti-Azərbaycan mövqeyinə görə İrana təşəkkür edib

GADTB: “Fars” xəbər agentlinin məlumatına görə, erməni saytlarından biri ölkə hökumətinə istinadən xəbər verir ki, …

Molla rejimi ağsaqqal azərbaycanlı fəal Pərviz Siyabini ağır cinayətlər törətmiş məhbusların bölməsinə köçürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Ərdəbildən olan tanınmış hüquqşünas, azərbaycanlı …

Bir cavab yazın