Şənbə , Oktyabr 24 2026
azfa

Ermənistanın təcavüzünü pislədiyinə görə İran rejimi Makıda çox sayda azərbaycanlını həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, antiislam İran rejimi Makıda Ermənistanın Azərbaycana təcavüzünü pislədiyinə görə çox sayda azərbaycanlı milli fəal həbs edib.

Həmçinin bir qrup fəal eyni səbəbə görə rejimin ETTELAAT İdarəsinə çağırılaraq təhdid edilib.

Makının Bazərqan qəsəbəsi sakini olan azərbaycanlı fəal Meysəm Himmətzadə də həbs edilənlər arasındadır. O, sentyabrın 27-də işğalçı Ermənistan rejiminin ordusunun Quzey Azərbaycanın yaşayış məntəqələrini bombalamağa və Azərbaycanın cavab tədbiri olaraq Qarabağı işğaldan azad etməyə başlaması ilə əlaqədar Azərbaycana dəstək göstərməsi səbəbindən rejimin Bazərqandakı ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanıb.

Meysəm Himmətzadə 10 gündür Bazərqandakı rejimin ETTELAAT İdarəsinin təcrixdanasında saxlanılıb və indiyə qədər ailəsi ilə 1 dəfə olsun belə, telefon əlaqəsi saxlaya bilməyib. Buna görə də ailəsi ondan nigarandır.

Həmin fəaldan başqa, Makı rayonunda boks üzrə Asiya çempionu Sasan Əminzadə, ədəbiyyat sahəsində fəal Əli İsazadə, jurnalist Mihrab Maqsudzadə, şair və yazıçı Cahanbəxş Sultanzadə, Hafiz Həsənzadə, Bəhmən Nəsirzadə, Məcid Cəfərzadə və Əhməd Məhəmmədi və digər 8 milli- mədəni fəal da rejimin ETTELAAT İdarəsinə çağırılıblar.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edirdi. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Oktyabrın 1-də Güney Azərbaycanın əksər şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan, Ərdəbil və s. şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Lakin Güney azərbaycan dirənişə ciddi-cəhdlə davam edib və 100 minlərlə insan İranın Antiazərbaycan mövqeyinə etirazlarını davam etdiriblər. Nəticədə İran rejimi sözdə də olsa geri addım atmağa məcbur oldu.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın