Ermənilər Kəlbəcərdə olduğu kimi Qazaxda da evləri dağıdırlar

GADTB: Ermənilər sərhədin demarkasiyası nəticəsində Azərbaycan ərazisində qalan evləri dağıtmağa başlayıb.

Dövlət sərhədinin Qazax-Tavuş istiqamətində aparılan demarkasiya nəticəsində Kirants kəndində iki ev Azərbaycan ərazisinə düşüb. Ermənilər işğal dövründə bu kəndin ərazisini qeyri-qanuni şəkildə genişləndirərək, sərhəd xəttini pozublar. Sərhədin müəyyənləşməsi nəticəsində ermənilərin tikdiyi iki ev də Azərbaycan ərazisində qalıb.

Ermənistan mediası yazır ki, evin sahibləri artıq onların söküntüsünə başlayıb.

Kirants kəndinin rəhbəri Kamo Şahinyan bildirib ki, evlərdən biri Mgerindir: “O, artıq evini sökməyə başlayıb. İnsanlar azərbaycanlıların əlində heç nə qoymaq istəmirlər. Digər ev də Xanuminə məxsusdur, amma hələ sökmür, səbəbini bilmirəm. Yəqin yaxın günlərdə sökməyə başlayacaq”.

K.Şahinyan bildirib ki, ermənilərə evləri boşaltmaları üçün iyunun 24-nə qədər vaxt verilib.

Qeyd edək ki, ermənilərin işğal etdikləri əraziləri tərk edərkən maksimum ziyan vurması ilk hal deyil. 44 günlük müharibədən sonra Kəlbəcəri tərk edərkən, evləri və meşələri yandırdılar. Sərhədin Qubadlı-Gorus istiqamətində zəbt etdikləri ərazilərdən çıxanda da eyni addımı atdılar. İndi də vaxtilə zəbt etdikləri ərazilərdə tikdikləri evləri sökürlər. Bu, ermənilərin dəyişməyən xislətidir.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …