Şənbə , Aprel 27 2024
azfa

Ermənilər Laçının daha iki kəndindən çıxmaqdadır

GADTB: Ermənilər Laçın şəhəri, Zabux və Sus kəndlərindən başqa, işğal altındakı daha iki yaşayış məntəqəsini tərk etməyə hazırlaşır.

Turkustan.az-nun məlumatına görə, söhbət Ağanus və Mığıdərə kəndlərindən gedir. Bu barədə Ağanusdakı erməni icmasının qondarma rəhbəri Artak Abrahamyan açıqlama verib.

O, Xankəndidəki cinayətkar rejimin “ərazi və infrastruktur naziri” Hayk Hanumyanın Ağanus kəndinin Azərbaycanın nəzarətindən çıxacağı ilə bağlı verdiyi vədə inanmadığını deyib.

“2020-ci il dekabrın 1-də rus komandanlığının əmri ilə kəndi tərk etdik. Özümüzü aldatmayaq. Mən buna inanmıram, inanacaq bir şey yoxdur. İki il əvvəl dedik Zabux bizimdir və bizdə qalacaq. Bu gün Azərbaycan  Laçında heç bir erməni qalmamasına çalışırsa, ermənilərin gəlib Ağanus və ya  Mığıdərədə  yaşamasına necə imkan verəcək?  Müharibədən əvvəl Ağanusda cəmi 13 ailə -102 nəfər yaşayırdı. 1995-ci ildən başlayan məskunlaşma prosesi səhv olub, yəni proses olmayıb, kəndlərə investisiya qoyulmayıb, 350-yə yaxın ailə Ağanusa gəlib və tezliklə oranı tərk edib. Nə dövlət, nə də xeyriyyəçilər Laçının cənubunda heç nə etmədilər. 25 il ərzində burada yalnız 9 uşağın oxuduğu məktəb binası və bir çoxuşaqlı ailə üçün ev tikildi, başqa heç nə”, -deyə Artak Abrahamyan bildirib.

Xatırladaq ki, bu yaxınlarda Laçında qanunsuz məskunlaşmış ermənilərlə görüşən H. Hanumyan yeni dəhlizin istifadəyə verilməsindən sonra Ağanus kəndinin Azərbaycanın nəzarətindən çıxacağını deyib.

Lakin Laçın şəhəri, Zabux və Sus kəndlərinin boşaldılaraq Azərbaycana qaytarılması Ağanusdakı ermənilərdə ümidsizlik yaradıb.

Üstəlik,  Abrahamyanın açıqlamasından aydın olur ki, işğal dövründə Ağanus və  Mığıdərə kəndlərində yaşayış infrastrukturu tamamilə dağıdılıb, yenisi isə inşa olunmayıb. Ona görə də ermənilər separatçı rejimin vədlərinə bel bağlamayıb ərazini tərk etməyi daha əlverişli variant hesab edirlər.

Həmçinin yoxlayın

Evin zindanında azərbaycanlı fəalların qeyri-müəyyən vəziyyətdə həbsi 80 gündən çoxdur davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Tehrandakı Evin zindanının 4 saylı təcridxanasında saxlanılan azərbaycanlı …

Azərbaycan tərəfindən BMT-də Ermənistana qarşı məhkəmə işi başa çatıb

GADTB: Azərbaycan Ermənistanın işğal etdiyi ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini əsas gətirərək …