Çərşənbə , Oktyabr 21 2026
azfa

Ermənilər Qafan tərəfdə qəsb etdikləri Azərbaycan kəndlərini qaytarmaq istəmirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənilərin Qafan tərəfdə qəsb etdikləri Azərbaycan kəndlərini qaytarmamaq üçün Zəngəzurda – Sünikdə başladıqları aksiyalar davam edir.

Qəsbkar ermənilər heç bir halda sərhədin bərpa olunmasını və zəbt etdikləri ərazilərdən çəkilmək istəmirlər.

Məsələ bundadır ki, Azərbaycanın sərhəd rayonları işğalda olarkən sərhədə yaxın ərazidə yerləşən kəndlərin sakinləri otlaq, əkin və digər üçün Azərbaycanın yararlı torpaqlarını istismar etməyə başlayıblar, Ermənistan rəhbərliyi isə keçmiş və qondarma “dqr”lə onsuz da mövcud olmayan “sərhəd”i bir az da qabağa gətirərək, zastavalar yerləşdirib.

Hazırda Azərbaycan Ordusu sovet xəritələri ilə sərhədləri dəqiqləşdirir və bu zaman bir çox ərazilərdə Ermənistan sərhədləri geri çəkməyə məcbur olur. Ancaq Sünik sakinləri bir neçə gündür sərhədlərin bərpasına mane olmağa çalışır və aksiyalar keçirirlər. Səbəb kimi isə göstərirlər ki, sərhəd bərpa edilsə, 12 kənd, o cümlədən Qafan şəhəri, Qafan aeroportu və Gorus yolunun bir hissəsi Azərbaycan Ordusunun nəzarəti altına düşəcək.

Məsələ ilə bağlı Ermənistan rəsmi açıqlama da verib və bildirib ki, Ermənistan MEA-da qorunan xəritələr təhlil edilib, bu ərazilərin Azərbaycana aid olduğu aşkardır, buna görə də ərazidəki erməni qarnizonları sökülür.

Buna baxmayaraq, Sünik sakinləri hətta provokasiyaya çağırış edirlər.

Qeyd edək ki, Azərbaycan Ordusu erməni hərbçilərinin ərazidən çıxması üçün bu gün saat 17:00-a qədər vaxt verib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın