İran ciddi-cəhdlə nüvə təsisatı inşa edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran ABŞ-la atom proqramı ilə əlaqəli gərginlik fonunda Fordoda yeraltı nüvə təsisatının inşasına başlayıb. Associated Press xəbər agentliyi peyk vastiəsi ilə çəkilmiş fotoları əldə edib.

Lakin İran hələ ki, sözügedən təsisatın inşasını rəsmi olaraq etiraf etməyib. Baxmayaraq ki, Qərb hələ 2009-cu ildə bu təsisatı aşkar etmişdi.

Tikintinin nə məqsədlə aparıldığı bəlli olmasa da, orada aparılan hər hansı fəaliyyət Co Bayden and içməzdən əvvəl son günlərini yaşayan Tramp administrasiyası üçün narahatlıq doğuracaq.

İran onsuz da Natanz nüvə müəssisəsinin inşasını davam etdirirdi. Qeyd edək ki, iyul ayında sözügedən təssisdə baş verən müəmmalı partlaışı Tehran təxribat hücumu kimi qələmə verib.

“Bu təsisatdakı hər hansı bir dəyişiklik İranın nüvə proqramının hansı yönə doğru aparıldığına işarə olaraq diqqətlə izləniləcək” – deyə, İranı araşdıran Middlebury Beynəlxalq Araşdırmalar İnstitutunun James Martin Nüvə Silhalarının Yayılmasının Qarşısını alma Mərkəzinin mütəxəssisi Ceffri Levis deyib.

İranın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəliyi şərh tələbinə cavab verməyib. Müfəttişləri nüvə anlaşması çərçivəsində İranda olan Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) məsələ ilə bağlı şərh verməkdən imtina edib. AEBA ümumiyyətlə Fordodakı fəaliyyətlərlə bağlı ictimaiyyətə heç bir şərh verməyib.

Fordoda inşaat sentyabr ayının sonlarında başlayıb. Maxar Technologies peykinin şəkillərini əldə edən Associated Press bildirir ki, inşaat işləri Qum şəhərinə yaxın, Tehrandan 90 kilometr məsafədə həyata keçirilir.

Tikinti Fordonun potensial hava hücumlarından qoruması üçün dağın içində inşa edilmiş yeraltı qurğunun şimal-qərbində yerləşir. Təsisat Fordodakı digər dəstək, tədqiqat və inkişaf etdirmə binalarının yaxınlığında yerləşir.

Bu binalar arasında İranın Milli Vakum Texnologiyaları Mərkəzi də var hansı ki, vakum texnologiyası İranın uran zənginləşdirməsində istifadə etdiyi uran-qaz sentrifuqalarının həlledici bir hissəsidir.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın