Şənbə , Sentyabr 19 2026
azfa

Ermənistan Hindistandan ballistik raketlər almağı planlaşdırır

GADTB: Fars və erməni dillərində yayımlanan “Arax News” “Telegram” kanalı xəbər verir ki, “Hindistan Müdafiə Araşdırma Qanadı” xəbər saytı bildirib ki, Ermənistan ballistik raketlərin alınması üçün bu ölkəyə müraciət edib.

Məlumata görə, Ermənistan “Pralay” bərk yanacaqla işləyən, qısa mənzilli, kvazi ballistik yer-yer tipli raket sistemi əldə etmək üçün Hindistana üz tutub.

“Pralay” raketi 150-500 kilometr məsafədəki hədəfləri vura və habelə mobil platformadan buraxıla bilir. “Pralay” raketi qabaqcıl naviqasiya və avionika sistemi ilə də təchiz edilib./ Azad İran

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …