Çərşənbə axşamı , Dekabr 24 2024
azfa

Ermənistan Hindistandan qırıcı təyyarələr alır

GADTB: Ermənistan Rusiyadan əlavə Su-30SM qırıcıları sifariş etsə də, bu təyyarələr beş ildir ki, təhvil verilməyib. Bu vəziyyətə görə səbri tükənən Ermənistan alternativ olaraq Hindistandan 8-12 Su-30MKI qırıcısı və xüsusi silah sistemləri almaq üçün danışıqlara başlayıb. Bu fikirlər “Avions Legendaires” nəşrində yer alıb.

Qeyd olunur ki, Hindistanla bu əməkdaşlıq həm yeni qırıcı təyyarələrin tədarükünü, həm də Ermənistanın mövcud Su-30SM təyyarələrinin Hindistan istehsalı olan müasir sistemlərlə təkmilləşdirilməsini nəzərdə tutur. Bu qərar Ermənistanın Rusiyadan asılılığını azaltmağa və Hindistanla müdafiə sahəsində əlaqələrini gücləndirməyə yönəlmiş bir addımdır:

“2024-cü ilin oktyabr ayının sonunda Ermənistan Müdafiə Nazirliyi Hindistanın HAL şirkəti ilə yerli istehsal olan Su-30MKI Flanker-H qırıcılarının və xüsusi təyinatlı silahların alınması üçün danışıqlara başladığını açıqladı. Bu, Hindistanın öz istehsalı olan Su-30MKI-lərini ixrac etmək qərarına gəldikdən sonra ilk müqavilə olacaq”, – deyə nəşr qeyd edib.

Yazı müəllifləri iddia edib ki, Rusiya yalnız öz ehtiyacları üçün qırıcılar istehsal etdiyindən Ermənistana satışı təxirə salıb:

“Hazırda Ermənistanın qırıcı parkı 2019-cu ilin yazında əldə edilmiş dörd Su-30SM Flanker-C və təxminən on beş köhnə Su-25K-dən ibarətdir.

2019-cu ildə təyyarələri aldıqdan bir neçə həftə sonra Ermənistan Rusiyaya əlavə səkkiz Su-30SM sifariş vermək qərarına gəldi. Müqavilə məbləğinin 70%-nə qədər olan hissəsi ödənilsə də, həmin vaxtdan etibarən heç bir təyyarə təhvil verilmədi. Səbəb sadədir: “Suxoy” şirkəti onların heç bir ədədini də istehsal etməyib və bu günə qədər Su-30 təyyarələri Rusiyanın öz ehtiyacları üçün zavoddan çıxıb. Beş il keçdikdən sonra Ermənistanın səbrinin tükəndiyi görünür. Rusiya təkcə müştərisini deyil, həm də müttəfiqini itirə bilər”.

Nəşrin məlumatına görə, Rusiyadan əli üzülən İrəvan üzünü Hindistana çevirib və ödənilən məbləğini geri almaq niyyətindədir:

“Faktiki olaraq, Hindustan Aircraft Limited, “ Suxoy” dan avansın ödənilməsi şərti ilə səkkiz yeni təyyarəni təhvil alacaq və dörd hazırkı Su-30SM-ni Su-30MKI standartına təkmilləşdirəcək. Bu, orijinal passiv elektron skan edilmiş anten radarını aktiv uttam radarı ilə əvəz etməyi əhatə edəcək. “Super 30” proqramı kimi tanınan danışıqlar, Hindistanda hazırlanmış və istehsal olunmuş uzaq mənzilli hava-hava Astra 1 raketləri, radiolokasiya əleyhinə Rudram 1 raketlər və idarə olunan SAAW bombalarının tədarükü ətrafında cəmləşir”.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı üçəmlərə türk adlarına görə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin məhkəməsinin qərarına baxmayaraq, Təbrizdə rejimin Vətəndaşlıq …

Azərbaycan və Türkiyənin silahlı qüvvələri arasında görüş

GADTB: Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev …