Çərşənbə , Yanvar 1 2025
azfa

Ermənistan İran silahları və PUA-ları ilə təxribat törətdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

“Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib.

Məlumata görə, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat məqsədilə Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən döyüş mövqelərini intensiv atəşə tutub.

“Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınır. Bölmələrimiz tərəfindən görülən cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.

Hazırda minaatan və iriçaplı silahlardan istifadə etməklə mövqelərimiz ermənilər tərəfindən atəşə tutulur. Qarşı tərəfin atəş mövqelərinin susdurulması məqsədilə zəruri addımlar atılır. Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

İctimaiyyəti təmkinli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq”, – açıqlamada bildirilir.

Həmçinin yoxlayın

Türk tayfaları arasında Ayaz Ata hekayəti

GADTB: Ayaz Atanın hekayəsi bizə köhnə folklorumuzdan gəlir. Ayaz Ata haqqında çoxlu hekayələr, nağıllar danışılıb. …

Molla rejimin müstəmləkə siyasətinin nəticələrindən; Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır

GADTB: Güney Azərbaycanın Azərşəhr bölgəsində məktəblərin yarısı istifadəyə yararsızdır. Bu haqda Azərşəhr şəhərinin başçısı Rza …