Şənbə , Oktyabr 17 2026
azfa

Ermənistan məktəbində fars dili sinfi açılıb

GADTB: Dünən İranın Ermənistandakı səfirliyinin maliyyə dəstəyi ilə İrəvanda əsaslı təmirdən çıxan 61 saylı məktəbdə “Hafiz zalı” və fars dili sinfi açılıb. Açılış mərasimi İranın İrəvandakı səfiri Mehdi Sübhani və səfirliyin mədəniyyət müşaviri Məhəmməd Əsədi Movəhhedin iştirakı ilə baş tutub.

Məlumata görə, Mehdi Sübhani Ermənistan hökumətinin məktəblərdə fars dilinin öyrənilməsinə şərait yaratmasını və müəllimlərin fars dilində tədrisini yüksək qiymətləndirərək deyib ki, ölkədə fars dili sinifinin açılması xalqlarımız arasında dostluq əlamətidir.

Fars dilinin tədrisinə dəstəyinə görə İran səfirinə təşəkkür edən məktəbin direktoru Lusin Qriqoryan fars dilini öyrənən şagirdlərin gələcəkdə iki ölkə arasında körpü rolunu oynayacağına, öz bilik və bacarıqlarını İran-Ermənistan əlaqələrinin inkişafına sərf edəcəyinə inandığını deyib.

Açılış mərasimində habelə erməni şagirdlərə fars dili kitabları paylanılıb./ Azad İran

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …