Çərşənbə , Aprel 17 2024
azfa

Ermənistan rəsmisi 44 günlük müharibədə İrəvanın mövqeyini dəstəklədiyi üçün İrana təşəkkür etdi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, iyunun 15-də Tehrana səfər edən ermənistanlı həmkarı Alen Simonyanla görüşdə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib: “İki ölkə arasında ən mühüm iqtisadi məsələ nəqliyyatdır ki, bu da ölkələr arasında mal və enerji mübadiləsinə və əlaqənin qurulmasına yardım edir. Buna görə açıq şəkildə deyirəm ki, nəqliyyat sahəsinin vacibliyinə baxmayaraq, onun sürətləndirilməsi üçün heç bir tədbir görülməyib”.

“Mehr News” xəbər verir ki, görüşdə Ermənistan parlamenti sədrinin İrana səfərini ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli fürsət adlandıran Qalibaf Qərbi Asiya və Qafqaz bölgəsinin əhəmiyyətinin strateji və ikitərəfli münasibətləri çox həssaslaşdırdığını qeyd edib: “İran-Ermənistan əlaqələri bu sahədə çox önəmlidir və İslam Respublikasının qonşu ölkələrə, xüsusən də Ermənistana münasibətdə qətiyyətli mövqeyi sülh, əmin-amanlıq və sabitliyə əsaslanır. Xüsusilə bilirik ki, İsrəil və Amerika regionda öz maraqlarını güdür və regionun təhlükəsizliyini pozurlar, buna görə, biz qonşu dövlətlər olaraq bu məsələlərə diqqət yetirməliyik”.

İran parlamentinin sədri daha sonra Ermənistanla Azərbaycan arasında problemlər prinsipial danışıqlar nəticəsində həll olunacağına ümidvar olduğunu bildirib: “Ümid edirik ki, fikir ayrılıqları sona çatacaq və biz davamlı sülhə nail olacağıq. İran İslam Respublikası qarşılıqlı hörmət çərçivəsində dialoqu dəstəkləyir. Çünki bütün region ölkələrinin, xüsusən də Qafqazda təhlükəsizlik və sülh bizim hamımız üçün vacibdir”.

Görüş zamanı Ermənistan parlamentinin sədri Alen Simonyan da qarşılıqlı dostluq və mədəniyyətə əsaslanan Ermənistan-İran münasibətlərinin dərinliyinə toxunaraq deyib: “44 günlük müharibənin Ermənistan üçün çoxlu mənfi nəticələri olub və mən İran İslam Respublikasına bu məsələdə tutduğu mövqeyinə və ölkələrin ərazi bütövlüyünün qorunmasının vacibliyinə verdiyi dəstəyə görə təşəkkür etməyi lazım bilirəm”.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Xural TV-də “İran İsraillə müharibəyə başlarsa, nə itirəcək, nə qazanacaq?” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …