Bazar ertəsi , Oktyabr 19 2026
azfa

İran rejimi azərbaycanlı cütlüyü prokurorluğa çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı cütlük və milli fəallar Sima Əlipur və Mirdavud Seyid Rəxşani müdafiələri ilə bağlı rejimin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsinə çağrılıblar.

Bununla bağlı azərbaycanlı cütlüyə prokurorluqdan müstəntiq Seyid Əli Musəvi Əqdəm tərəfindən bildiriş göndərilib.

Qeyd edək ki, azərbaycanlı cütlük mayın 29-da İranın ETTELAAT İdarəsinin məmurlarının evlərinə hücum etməsindən sonra həbs olunmuşdular.

Evə hücum edən rejimin məmurları onların şəxsi əşyaları, o cümlədən notbuk, mobil telefon və kitablarını özləri ilə aparmışdılar.

Fəalların verdikləri məlumata görə, qanunsuz həbslərinə etiraz edən Sima Əlipur yaxalandıqları gündən aclıq aksiyasına başlayıb və ürək xəstəliyindən əziyyət çəkən fəalın iyunun 5-də durumu dahada ağırlaşmışdı.

İran rejimi azərbaycanlı cütlüyü “Sistemə qrşı təbliğat və müxalif qruplara üzv olmaq”da ittiham etmişdi.

Daha sonra Təbriz sakini olan azərbayanlı cütlük Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdılar. Azərbaycanlı fəallar iyunun 6-da 200 milyon tümənlik girov qarşılığında zaminə buraxılmışdılar.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …