Bazar ertəsi , Noyabr 16 2026
azfa

İranda bugünki etirazlardan sonra onlarla müəllim həbs edildi

GADTB: bu gün, iyunun 16-da İranın Mərivan, Sənəndəc, Saqqız, Bukan, Əndimeşk, Həmədan, Sari, Kaşmer, Kərəc, Bicar, Abdanan, İslamabad-e Qərb, Sərdəşt (Sarı daş), Kərəc, Hərsin, Rəşt, Məlayer şəhərlərində, habelə Ərdəbil, Zəngan, Çahar Mahal və Bəxtiyari, Kermanşah və Mazandaran əyalətlərinin təhsil idarələrinin önündə müəllimlərin etiraz aksiyaları baş tutub.

Sosial mediada yayılan görüntülərə görə, etiraz aksiyalarının təşkil edildiyi şəhərlərdə hökumət ciddi təhlükəsizlik tədbirləri görərək, aksiya yerinə çoxlu sayda canlı qüvvə yeridib.

“HRANA” xəbər ajansı bildirib ki, son 24 saat ərzində 10 həmkarlar ittifaqı fəalı Saqqız və Divandərə şəhərlərində hökumət qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

Qeyd edək ki, narazı elm xadimləri “müəllimlərin təsnifatlandırılması qanunu”nun tam icrasını və zindandakı müəllimlərin təcili şəkildə azadlığa buraxılmasını tələb edirlər.

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …