GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistandan mədənlərin zərərli tullantılarının Araz çayına axıdılması davam edir. Bu isə bölgənin ekologiyası və kənd təsərrüfatı üçün ciddi təhlükə yaradıb.
Mütəxəssis araşdırmaları göstərir ki, çay yatağının çöküntülərində ağır metallar yığılıb və bu, regionda su ehtiyatlarının və kənd təsərrüfatı torpaqlarının çirklənməsinə səbəb ola bilər.
Ekoloqların xəbərdarlıqlarına və Araz çayı sahil zolağının sakinlərinin etirazlarına baxmayaraq, İran rəsmiləri indiyədək bu məsələyə etiraz etməyiblər.