Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ermənistanın hərbi təcavüzünü pislədiyinə görə İran Həkimə Əhmədi və Yasmən Zəfərini məhkəməyə çəkir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəs İran rejimi Ermənistanın Azərbaycan şiələrinin nərazilərinə hərbi təcavüzünü pislədiyinə görə Həkimə Əhmədi və Yasmən Zəfərini məhkəməyə çəkir.

Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəallar Həkimə Əhmədi və Yasmən Zəfəri, məhkəmə elektron sistemi vasitəsi ilə aldıqları bildirişlərdə rejimin Təbrizdəki ikinci cinayət məhkəməsinin 112 saylı şöbəsinə çağrılıblar.

Azərbaycanlı fəalların ittihamların araşdırılması üçün təyin olunan 10 dekabr tarixli iclası koronovirus məhdudiyyətlərinə görə ləğv edilərək yanvarın 11-ə təyin edilib.

Azərbaycanlı fəallar rejimin Təbrizdəki Prokurorluğunun 16 saylı şöbəsində dindirilmişdilər. Onların məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmaları üçün təyin olunan 100 milyon Tümən girov, 200 milyon Tümənə qaldırılmışdı.

Rejim Həkim xanım Əhmədinin ölkədən çıxışına da qadağa qoyub.

Qeyd edək ki, azərbaycanlı xanımlar iyulun 16-da Azərbaycan Ordusuna dəstək olmaq və Ermənistanın Azərbaycan Respublikasının Tovuz şəhəri istiqamətində hərbi təcavüzünü pisləmək məqsədilə aksiya keçirdikləri üçün İran rejimi tərəfindən həbs edilmişdilər.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …

Bir cavab yazın