Çərşənbə , Oktyabr 21 2026
azfa

İran rejimi Qarabağın azadlığını dəstəklədiyinə görə Zahra Aslanini təqib və təhdid edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ermənipərəst İran rejimi azərbaycanlı milli-mədəni fəal Zahra Aslanini Ermənistanın hərbi təcavüzünü pislədiyi və Qarabağın azadlığna sevindiyi üçün təqib və təhdidə məruz qoyub.

Rejimin ETTELAAT qüvvələri Tehran sakini olan Zəhra Aslani ilə telefon əlaqəsi saxlayaraq Tehranda ETTELAAT İdarəsinə getməsini tələb ediblər. Lakin azərbaycanlı milli fəal telefon çağırışının qanunsuz olduğunu bildirərək yazılı çağırış almadığı üçün ETTELAAT İdarəsinə getməkdən imtina edib.

ETTELAAT məmurları daha sonra milli fəalın Muğanın Parsabad şəhərindəki Ata evinə hücum ediblər.

Zəhra Aslanini həbs edə bilməyən rejimin məmurları fəala davamlı zəng edərək hədələyiblər. Onlar, milli fəalın bacısı qızını da ad oxşarlığı səbəbindən həbs ediblər.

Həmçinin yoxlayın

İraq da İranla sərhədləri bağlayır

GADTB: İraq hökuməti İranla sərhəddəki keçid məntəqələrini bağlamağa başlayıb. Artıq Əş-Şeyb sərhəd-keçid məntəqəsi bu gündən …

Tramp: İran üzərində qələbəyə necə nail olacağımız barədə yalnız yekun qərarı vermək qalır

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 20-si, çərşənbə axşamı İranla müharibənin “çox tezliklə” başa çatacağına …

Bir cavab yazın