Çərşənbə , Yanvar 15 2025
azfa

Ermənistanın Qarabağa yenidən muzdlu silahlılar gətirdiyi söylənilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, qondarma “Daqlıq Qarabağ Respublikasının” təhlükəsizlik şurasının sədri Vitali Balasanyan Qarabağdakı ermənilərin “təhlükəsizliyini” təmin etmək üçün əraziyə peşəkar muzdluların gətirildiyini bildirib.

Vitali Balasanyanın sözlərinə görə, hazırda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə terrorçu və separatçı ekstremistlər yeni peşəkar silahlı dəstlər yaradırlar: “Hazırda bu dəstələrin təşkili məsələsi ilə məşğul olurlar. Buradakı erməni kökənli əhalinin “təhlükəsizliyini” təmin etmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, jurnalist Ani Sahakyan Balasanyanın bəyanatını cəfəngiyyat adlandırıb.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan valisi Rza Rəhmanidən mühacir kürd Qəsim Osmaniyə kəskin cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan valisi Rza Rəhmani mühacir kürd Qəsim …

Molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alimin həyatı təhlükədədir

GADTB: İrqçi fars-molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir. Tehranın Evin …