Bazar , Noyabr 27 2022
azfa

ETTELAAT məmurları azərbaycanlı milli fəal Saleh Molla Abbasinin evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın ETTELAAT İdarəsinin məmurları sentyabrın 25-də Güney Azərbaycan Əhər şəhərində yaşayan azərbaycanlı milli-mədni fəal Saleh Molla Abbasinin evinə hücum ediblər.

Azərbaycanlı fəal özü evdə olmadığı üçün onu həbs edə bilməyiblər.

Lakin cinayətkar molla rejiminin məmurları azərbaycanlı fəalın həyat yoldaşı Homeyra Turabini qızının gözü qarşısında döyüb və təhqir ediblər.

İranın ETTELAAT İdarəsinin məmurları Saleh Molla Abbasinin evində axtarış aparıb, ona məxsus kompüter, telefon və başqa şəxsi əşyaları özləri ilə aparıblar.

Rejimin məmurları azərbaycanlı milli fəalın həyat yoldaşı Homeyra Turabini həbs etmək istəyiblər və bildiriblər ki, hicab geyinib maşına minsin. Lakin o müqavimət göstərib və sonda onu həbs etməkdən vaz keçiblər.

Qeyd edək ki, azərbaycanlı milli fəal Saleh Molla Abbasi bundan öncə də dəfələrlə həbs, təqib və təzyiqlərə məruz qalıb.

Həmçinin yoxlayın

Molla rejimi Ərdəbildə azərbaycanlı fəal Saman Bidarı ETTELAAT İdarəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Ərdəbildə azərbaycanlı fəal Saman Bidarı ETTELAAT …

Molla rejiminin həbs etdiyi azərbaycanlı fəal Məhəmməd Hacılı Urmiyada ETTELAAT İdarəsinin təcridxanasına köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin yaxaladığı Güney Azərbaycanın Xoy şəhərindən olan …