Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Evin həbsxanasında aclıq aksiyası keçirən azərbaycanlı siyasi məhbusların səhhəti kritik vəziyyətdədir

GADTB: Məlumatlara görə, dünən azərbaycanlı siyasi məhbus Əbdüləziz Əzimi Qədim ciddi fiziki zəiflik səbəbilə vəziyyətinin kəskin pisləşməsi ilə üzləşib. Hadisə zamanı məsullar ona serum vurmağa cəhd etsələr də, Əzimi Qədim buna imkan verməyib.

Yaxınlarının bildirdiyinə görə, Əzimi Qədimin səhhəti son günlər xüsusilə ağırlaşıb. Onun bədəni hələ də Evin həbsxanasında keçirdiyi 44 günlük uzunmüddətli aclıq aksiyasının ağır fəsadlarından tam bərpa olmayıb. Hazırda isə o, Vədud Əsədi və Tahir Naqəviyə dəstək məqsədilə başladığı yeni aclıq aksiyası ilə vəziyyəti daha da riskli hala salıb.

Mənbələr bildirirlər ki, bu gün vəziyyətinin ağırlaşmasına kəskin zəiflik, başgicəllənmə, qan təzyiqinin enməsi və ayaq üstə dura bilməmək kimi simptomlar səbəb olub.

Digər iki aclıq edən siyasi məhbus — Vədud Əsədi və Tahir Nəqəvi — həbsxana rəhbərliyinin təzyiqlərinə, eləcə də təkadamlıq kamerada saxlanma şəraitinin ağırlığına baxmayaraq, aclıq aksiyalarının 28-ci gününü geridə qoyublar. Məlumata görə, həm Mahmud Ocaqlu, həm də Ayaz Seyfxah ciddi fiziki zəiflik səbəbindən sağlıq vəziyyətləri pisləşib.

Müşahidəçilər bildirirlər ki, vəziyyət hər ötən gün daha da kritikləşir və məsulların bu durumla bağlı cavabdehliyi barədə suallar artmaqdadır.

Həmçinin yoxlayın

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …

Təftanda silahlı şəxslərin pusqusunda Fətimiyyun terrorçularının 20-dən çox üzvü öldürülüb və ya yaralanıb

GADTB: Həl-Vəşin məlumatına görə, bu gün, 13 oktyabr 2026-cı il, çərşənbə axşamı, Təftan rayonunun “Çah-Əhməd” …