Cümə axşamı , Oktyabr 15 2026
azfa

Özbəkistanda dəyərli qələbə: “Traxtur” qələbə qazandı

GADTB: “Traxtur Azərbaycan” Futbol Klubu dünən Asiya Elit Liqasının 5-ci həftəsində dəyərli qələbə qazanıb. Təmsilçimiz, Özbəkistanın “Nəsəf Qarşi” komandasını onun ev stadionunda – Qarşi Mərkəzi Arenasında – Raci Loujkiyanın vurduğu yeganə qolla məğlub edib.

Matç Dragan Skociçin komandası üçün üstün taktiki başlanğıcla açılıb və Azərbaycan təmsilçisi oyunun son dəqiqələrində də hesabı ağılla qoruyub.

Qol epizodu:

Görüşün 17-ci dəqiqəsində Danial İsmayılifərin dəqiq ötürməsini Raci Loujkiya qüvvətli zərbə ilə tamamlayaraq, “Traxtur Azərbaycan”a üstünlük qazandırıb.

İkinci hissədə meydan sahibləri ciddi təzyiq göstərsələr də, Əlirza Biranvəndin əla reaksiyaları və müdafiə xəttinin yüksək konsentrasiyası hesabın dəyişməsinə imkan verməyib.

Bu qələbə “Traxturr Azərbaycan”ın qrup mərhələsində üçüncü uğuru olmaqla yanaşı, növbəti mərhələyə yüksəliş yolunda çox önəmli addım sayılır.

Oyunun diqqətçəkən məqamları:

Mehdi Torabinin yoxluğu

Şöcaə Xəlilzadənin uğurlu müdafiə oyunu

“Nəsəf”in təcrübəli hücumçusu Dragan Çranın qarşılaşmada iştirakı

“Traxturr Azərbaycan” komandasının ilk dəfə sarı rəngli ikinci formayla meydana çıxması

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …