Cümə axşamı , Oktyabr 15 2026
azfa

Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Bağır Hacızadənin anası vəfat edib

GADTB: Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı milli fəal Bağır Hacızadənin anası Bətul Ərkani Məzrəə dünən Təbrizin Aliyənəsəb xəstəxanasında vəfat edib. Mərhumə cümə axşamı, 1404-cü il Azər ayının 20-də ürək tutması səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, o, həyatını itirib.

Ailəyə yaxın mənbələrin bildirdiyinə görə, son iki il ərzində xanım Ərkaninin səhhətinin ağır olmasına baxmayaraq, Bağır Hacızadəyə anası ilə görüş üçün məzuniyyət verilməsi, hətta qısa müddətli ziyarət icazəsi ilə bağlı edilən dəfələrlə müraciətlər təhlükəsizlik və məhkəmə qurumları tərəfindən rədd edilib. Nəticədə ana və oğul son vidalaşmanı görüşsüz yaşamaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, Bağır Hacızadə 1402-ci il Bəhmən ayının 16-da Təbrizdə iş yerində saxlanılıb. O, təxminən bir il Evin həbsxanasında saxlanıldıqdan sonra Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində, hakim Səlavatinin sədrliyi ilə mühakimə olunaraq ümumilikdə 13 il həbs cəzasına, sosial və media fəaliyyətlərindən məhrumetməyə, həmçinin ölkədən çıxış qadağasına məhkum edilib. Sözügedən hökm sonrakı instansiyalarda qüvvədə saxlanılaraq qəti edilib.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …