Şənbə , Avqust 29 2026
azfa

Evin həbsxanasında Tahir Nəqəvinin 38-ci gün aclıq aksiyası; xəstəxanaya köçürülməsi ləğv edildi

GADTB: Hüquqşünas və siyasi fəal Tahir Nəqəvi 12 Azər 1404-cü il, çərşənbə günü aclıq aksiyasının 38-ci gününə daxil olub.

Sina Yusifinin verdiyi məlumata görə, ötən gecə Tahir Nəqəvi ağır halsızlıq və tutmalar səbəbilə Evin həbsxanasının tibbi məntəqəsinə aparılıb və ona serum və iynə vurularaq vəziyyəti müvəqqəti stabilləşdirilib. Həkimlər onun təcili olaraq həbsxanaxarici xəstəxanaya köçürülməsini zəruri hesab ediblər.

Bununla belə, həbsxana rəhbərliyi köçürülmənin yalnız həbsxana geyimi, qandal və ayaq qandalları ilə mümkün olacağını bildirib — halbuki əvvəlki dəfə belə bir şərt qoyulmamışdı. Tahir Nəqəvi bu alçaldıcı şərtləri qəbul etmədiyi üçün, xəstəxanaya köçürülməsi ləğv edilib.

Xəbərin yayıldığı ana qədər, Tahir Nəqəvi Evin həbsxanasının bəhdariyəsində həkim nəzarəti altında saxlanılırdı.

Həmçinin yoxlayın

Tramp: Hörmüz boğazı açıqdır; İran yenidən ABŞ-ın hücumuna məruz qalmaq istəmir

GADTB: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu bildirib və İran rejiminin Vaşinqtonla qarşıdurmanı …

Bessent: İran rejiminin tərəfdarları dollara və qlobal maliyyə sisteminə çıxış əldə etməməlidirlər

GADTB: ABŞ-ın maliyyə naziri Skott Bessent ABŞ Maliyyə Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərindəki Misir Bankının filialına …