Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Bakıda Məhəmməd Əli Muradinin sənədli filmi nümayiş olunacaq

GADTB: Güney azərbaycanlı rejissor Məhəmməd Əli Muradinin Urmiya gölü haqqında çəkdiyi “Gölün uşaqları” sənədli filmi Bakı Beynəlxalq Film Festivalının “Dili Bizim” proqramında nümayiş olunacaq.

Bu haqda rejissor özü məlumat yayıb.

Filmdə Urmiya gölünün ekoloji böhranının fəsadlarından, insanların, xüsusən uşaqların həyatına necə təsir etdiyindən bəhs olunur.

Məhəmməd Əli Muradi bildirib ki, filmin nümayişi dekabrın 7-si, saat 11:00-da Nizami Kino Mərkəzinin 2-ci zalında olacaq.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …