Bazar , Oktyabr 18 2026
azfa

Evin zindanında məhbusların əşyaları talan edilib

GADTB: “Deutsche Welle” nəşri Tehrandakı bədnam Evin zindanından gizli səs yazısı əldə edib. Səs yazısında Evin həbsxanasının dördüncü bölməsində saxlanılan bir qrup siyasi məhbus şəxsi əşyalarının oğurlandığını bildirir. Onlar deyirlər ki, keçmiş həbsxana rəisi Hidayətullah Fərzadi əmlakın qorunacağına söz versə də, bu vəd yerinə yetirilməyib.

Siyasi məhbuslardan biri qeyd edir ki, İsrailin zindana hücumundan sonra onlar silah məcburiyyəti ilə Böyük Tehran həbsxanasına köçürülüblər. Ancaq məhbuslar geri qayıtdıqda həbsxana rəhbərliyi onların öz əşyalarını məhkumlara geri satmağa çalışıblar.

Qeyd olunub ki, bir neçə məhbus bununla bağlı məhkəməyə şikayət edib. Ancaq onların şikayəti İranın Məhkəmə-Ədliyyə Sistemində qeydə alınmayıb. Məhkəmə işçiləri səbəb kimi Fərzadidən qorxduqlarını bildiriblər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …