Cümə axşamı , Dekabr 26 2024
azfa

Fahrettin Altun: “Kıbrıs türklərinin haqlarını bütün dünyaya çatdıracağıq”

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun “Kıbrıs Faktları” sərgisini ziyarət edib.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib ki, Kıbrıs türklərinin haqlarını bütün dünyaya çatdıracağıq.

F.Altun Ankara İncəsənət Qalereyası və Hərrac Evində Ankara Kültür, İncəsənət və Sivilizasiya Dərnəyinin, Türkiye Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin dəstəyi ilə təşkil etdiyi “Kıbrıs Faktları” sərgisini ziyarət edib.

Proqrama Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar da qatılıb.

“Kıbrıslı türklərə qarşı etnik təmizləmə və təcrid cəhdlərini unutmuruq və onların unudulmaması üçün əlimizdən gələni edəcəyik. Kıbrıs Sülh Əməliyyatının 50-ci ildönümündə də, Kıbrıs Sülh Əməliyyatının haqlı yanlarını dünyaya çatdırmağa davam edəcəyik.” – deyə Altun bildirib.

Kıbrıs türklərinə edilən zülmün milli və beynəlxalq mediada necə sənədləşdirildiyinin göründüyünə işarə edən F.Altun sərgidə bir çox tarixi sənədlərin paylaşıldığını bildirib.

Həmçinin yoxlayın

Güney Azərbaycandan Azərbaycana başsağlığı: “Başın sağ olsun!” – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya şəhərinin Bələdiyyəsinin Voleybol komandasının tərəfdarları təyyarə qəzası …

Azərbaycan təyyarəsinin səhvən vurulması ehtimalı xəbəri yayılıb

GADTB: “Qəzaya uğrayan təyyarənin gövdəsindəki dəliklər “Pantsir-S1″ hava hücumundan müdafiə raketinin zərbəsinin nəticələrinə bənzəyir”. Bu …