Çərşənbə , Oktyabr 21 2026
azfa

Fars irqçiliyinə məruz qalam türkmən futbolçunu Günbəd Kavusda türmənlər coşqu ilə qarşıladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars irqçiliyinə məruz qalam türkmən futbolçu Sərdar Azimunu Günbəd Kavusda türmənlər coşqu ilə qarşıladı.

Qeyd edək ki, futbol üzrə İran adlanan ölkənin milli komandasında çıxış edən yeganə türkmən oyunçu Sərdar Azmun yığmadan ayrılıb.

Gənc futbolçu bu qərarı İranda irqi ayrı-seçkiliyə məruz qaldığına görə verdiyini açıqlayıb.

Rusiyanın “Rubin” futbol klubunun 23 yaşlı oyunçusu dünya çempionatında irqçi farslar tərəfindən təhqir edilib.

Sərdar Azmun qərarını belə açıqlayıb: “İranlı tərəfdarların bu təhqirləri və təhdidləri xəstə anamı həyati təhlükə qarşısında qoyub. Vəziyyəti pisləşdi. Mənsə İran yığmasını yox, anamı seçdim. İkisindən birini seçməliydim”.

Güney Azərbaycandan olan soydaşlarımız sosial şəbəkələrdə Sərdar Azmuna dəstək kampaniyasına başlayıblar. Ölkə miqyasında irqi ayrı-seçkiliyə yol verdiyinə görə İran hakimiyyəti sərt şəkildə tənqid edilib.

Qeyd edək ki, türkmənlər Gülüstan (Türkmənsəhra), Xorasan və Mazandaran bölgələrində yaşayırlar. İrandakı digər qeyri-farslar kimi türkmənlər də irqi ayrı-seçkiliyə məruz qalırlar.

 

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın