Cümə , Oktyabr 23 2026
azfa

Miyanada ədəbi “Mavi sözlər” dərnəyinin açılış mərasimi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ədəbiyyatsevərlərin iştiraçı ilə Miyanada ədəbi “Mavi sözlər” dərnəyinin açılış mərasimi keçirildi.

Qeyri-hökumət təşkilatlarının Mərkəzi Şurasının üzvü Milad Balsini mərasimdə iştirakçıları salamlayaraq, bu dərnəyin məqsədlərini açıqladı. Daha sonra Miyanada İdman və Gənclər İdarsəinin rəisi Pezeşki və Miyananın İrşad İdarəsinin rəisi Həqqi çıxış etdilər.

Mərasimin gedişində azərbaycanlı şair və tənqidçi Bulut Muradi Azərbaycanın modern ədəbiyyatı və dilinin yeri barədə çıxış etdi.

Sonrakı çıxışçı azərbaycanlı şair Bəxtiyarı isə Azərbaycan ədəbiyyat tarixi barədə məruzə söyləmişdir. Daha sonra isə azərbaycanlı fəal Ruzbeh Səadəti “Ədəbiyyatdan qeyri-vasitə kimi yanaşmanın zəruriliyi” mövzusunda çıxış etmişdir.

Həmçinin yoxlayın

Tramp: İndi qərar verməliyik ki, İran İslam Respublikası rejiminin işini bitirək, yoxsa onun tədricən zəifləməsinə imkan verək?

GADTB: Donald Tramp İran İslam Respublikası qarşısında ABŞ-ın hərbi üstünlüyünü vurğulayaraq, Vaşinqtonun bütün məqsədlərinə nail …

Qrossi: Agentlik İranın nüvə fəaliyyətlərini yoxlamağa hazırdır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi bildirib ki, İranın nüvə fəaliyyətlərinin …

Bir cavab yazın