Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanın da iştirak edəcəyi OPEC və qeyri-OPEC ölkələri iclas keçirəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ‍Azərbaycan Respublikasının da iştirak edəcəyi OPEC və qeyri-OPEC ölkələri iclas keçirəcək. Azərbaycan Energetika Nazirliyi, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bir sıra OPEC istehsalçısı olmayan ölkələr arasında görüş video-konfrans yoluyla 9 apreldə gerçəkləşəcək.

Azərbaycan Energetika Nazirliyindən verilən yazılı açıqlamada bildirilir: “OPEC və qeyri-OPEC ölkələri neft bazarlarını sabitləşdirmək üçün bir araya gələcək. Görüş aprelin 9-da video-konfrans yoluyla həyata keçiriləcək. Azərbaycanın da dəvət olunduğu iclasda yeni əməkdaşlıq bəyannaməsi müzakirə ediləcək.”

Qeyd edək ki, Səudiyyə Ərəbistanı aprelin 2-də OPEC ilə Rusiyanın rəhbərlik etdiyi bir sıra OPEC üzvü olmayan ölkələr arasında “ədalətli razılaşma” təmin etmək üçün fövqəladə iclas çağırmışdı. 9 aprel görüşü ABŞ prezidenti Donald Trampla danışıqlardan sonra Səudiyyə Ərəbistanının çağırışı ilə təşkil olunur.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Bir cavab yazın