GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin İnqilab Məhkəməsi həbs edilmiş azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadəyə cinayət xarakterli cavab verib.
Rüqəyyə Əlizadə həyat yoldaşının həbs edilməsi ilə bağlı növbəti dəfə məhkəməyə müraciət edib.
O, hakimin qəbuluna düşdükdən sonra Abbas Lisaninin vəziyyəti haqda sual ünvanlayıb. Lakin ona məsuliyyətsiz və cinayət xarakterli cavab verilib
Rejimin Ərdəbildə yerləşən məhkəməsinin hakimi Rüqəyyə Əlizadəyə deyib: “Qorxmayın, onun cənazəsini sizə təhvil verəcəyik”.
Qeyd edək ki, 23 gün əvvəl rejimin ETTELAAT İdarəsi tərəfindən həbs edilmiş Abbas İlsani haqda ailəsinə məlumat verilmir.