Bazar ertəsi , Fevral 9 2026
azfa

Fars rejimin nazirinin irqçi bəyanatına qarşı türk dilini himayə kampaniyasına başlanıldı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars rejiminin təhsil nazirinin irqçi bəyanatına qarşı Azərbaycan türkcəsində təhsil məsələsini himayə məqsədilə Güney Azərbaycanda geniş şəkildə pul üzərində şüaryazma kampaniyasına başlanıldı.

Güney Azərbaycanın milli-mədəni fəalları rejimə öz etirazlarını bildirmək məqsədilə kağız pulların üzərində “Türk dili bizim qırmızı xəttimizdir”, “Türk dilində mədrəsə-olmalıdır hər kəsə” və “Konstitusiyanın 15 və 19-cu maddələri icra edilsin” şüarları yazmışlar. Azərbaycanlı fəallar beləliklə, türk dilinin tədris edilməsini tələb etməklə yanaşı, fars rejiminin təhsil nazirinin irqçi bəyanatını qınamışlar.

 

Həmçinin yoxlayın

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə …

SEPAH-a bağlı müəllim Azərbaycan Ordusunun Güney Azərbaycana hücum edəcəyini iddia edir

GADTB: SEPAH-la bağlı universitet müəllimi bu dəfə Güney Azərbaycanı hədəf aldı və etirazlar davam edərsə, …

Bir cavab yazın