Farslar tərəfindən öldürülən Qaşqay müğənninin dəfnində milli şüarlar səsləndirildi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, fars rasistləri tərəfindən öldürülən Qaşqay türklərinin müğənnisinin dəfnində milli şüarlar səsləndirilib.

Qaşqay türklərin mərasimdə “Ana dilində mədrəsə- olmalıdır hər kəsə” və s. şüarlar səsləndirməklə İran rejiminin irqçi siyasətinə etiraz edib və türk dilində məktəblərin açılmasını tələb ediblər.

Qaşqaylar həmçinin öz ata-baba torpaqlarından köçürülmələri, torpaqlarının qəsb edilmələri və s. zülmlərə etirazlarını bildiriblər. Onlar Qaşqay televiziya kanalının da açılmasını tələb ediblər.

Qeyd edək ki, “Atamin” adı ilə tanınan Qaşqay türklərinin tanınmış sənətçilərindən olan Əli Heydəri Təvəllüli qətlə yetirilmişdi.

Qaşqayların “Baydaq” saytının yaydığı məlumatda bildirilirdi ki, Əli Heydəri Təvəllüli fars olan masaları tayfasının üzvləri tərəfindən qətlə yetirilib.

Məlumata görə, Qaşqay türklərinin torpaq sahələrinin əllərindən alınması prosesi istiqamətində aprelin 29-da fars olan masaları tayfasından olan bir qrup şəxs Qaşqayların əsas şəhərlərindən olan Firuzabad şəhəri yaxınlığında Qaşqay türklərinə hücum edib, onları dəyənək və s. alətlərlə döyüblər.

Fars irqçilərinin hücumu nəticəsində Əli Heydəri Təvəllüli və atası Qafar Heydəri ağır yaralandıqdan sonra xəstəxanaya çatdırılıb. Lakin gənc sənətçi mayın 3-də Firuzabadda xəstəxanada dünyasını dəyişib.

Həmçinin yoxlayın

Albaniyanın əsasını qoyan türk tayfaları

GADTB: Ön Asiya ilə Şimali Qafqaz arasında, həm də Dağıstan xalqları ilə bilavasitə qonşuluqda yerləşdiyinə …

İsrail İranın terrorçulara verdiyi 3 PUA-nı vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail hakimiyyəti Aralıq dənizinin mübahisəli bölgəsində qaz qurğularından …