Cümə axşamı , Dekabr 2 2021
azfa

Farsların 103 il əvvəl də türklərə qarşı ermənilərə yarım etdiyi bildirilir

GADTB: Tarix elmləri namizədi, dosent Zaur Əliyev Bakının işğaldan azad olunmasının 103 illiyi münasibətilə maraqlı paylaşım edib. O, 1918-ci il 15 sentyabrda Bakı işğaldan azad olunanda azərbaycanlılara və Qafqaz İslam Ordusuna qarşı vuruşanlardan 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni əsgəri, 383 rus əsgəri, 4 ingilis əsgəri və 113 nəfər müxtəlif millətin nümayəndəsinin əsir götürüldüyünü yazıb. Dosent əsir götürülənlər içərisində İrandan türklərə qarşı döyüşmək üçün gələn fars zabit və əsgər heyətinin olduğunu da vurğulayıb.

Qeyd olunan tarixi faktlarla bağlı Axar.az-a danışan Zaur Əliyev məlumatları bir neçə arxiv sənədlərindən əldə etdiyini bildirib:

“Bu məlumatların yer aldığı konkret bir mənbə yoxdur. Rəqəmlər bir neçə sənəd əsasında formalaşmış fikirdir. Bu sənədlər kiminsə məktubunda, polis idarəsinin qeydiyyatında, rusların, inglislərin arxivində və s. var. O zamanlar daşnakların əsas dəstəkçisi rus bolşevikləri idi. Bizə qarşı döyüşən rusların bəziləri çar hökümətindən narazı olanlar, bəziləri bolşevik fikirli fəhlə-kəndlilər idi. Ayrıca, daşnaklara erməni iş adamları həddən artıq çox pul xərcləyirdilər. Onlar tərəfindən vuruşan rusların çoxu silah və pul üçün gəlirdilər”.

İrandan türklərə qarşı döyüşmək üçün gələn farslara gəlincə isə Z.Əliyev qeyd edib ki, həmin şəxslər daşnak dəstələrinin üzvləri olub:

“Bakıya gələn ermənilər sadəcə İrəvan erməniləri deyildi, onlar arasında Suriya, Livan, Türkiyə, Rusiya, Yaxın Şərq və İran erməniləri də vardı. Ermənilər silahlarını İrandakı kilsələrdə saxlayırdılar. Ermənilərə ordan silah daşıyıb gətirirdilər. Ermənilərlə bərabər onlara qoşulub gələn farslar da var idi. Həmin farslar daşnak dəstələrinin üzvləri idi”.

O, Bakı azad olunduqdan sonra əsir götürülənlərin aqibəti barədə də danışıb:

“Əsir alınanların bəziləri Azərbaycan Xalq Cümhuriyyəti dövründə amnistiyaya düşdü. Lakin onlardan böyük əksəriyyəti bolşeviklər hakimiyyətə gəldikdən sonra azad olundular. Demək olar ki, həbsdə çox az qaldılar”.

Həmçinin yoxlayın

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə dəstək aksiyası-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində oktyabrın 1-də bir qrup …

Azərbaycanlı fəalı Əkbər Mohacerinin həbsi üçün İran məhkəməsinin əməkdaşları onun evinə hücum ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Şərqi Azərbaycandakı prokurorluğu Azərbaycan Milli Hərəkatının …