Bazar , Avqust 23 2026
azfa

“Forbes” Rusiya ordusunun 6 aylıq itkisi açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “Forbes” nəşrinin hesabatında bildirilir ki, yarım il ərzində Rusiya Ukraynada 16.56 milyard dollarlıq texnika itirib.

“24 fevraldan bəri rus ordusu 16.56 milyard dollar dəyərində 12 142 ədəd texnika itirib. Rusiyanın Ukrayna ərazsinə atdığı raketlərin qiyməti və sayı hesablamaya daxil edilməyib. Ruslarn ən böyük itkisi Qara dəniz Donanmasının flaqmanı olan “Moskva” kreyseri olub. Ukrayna hərbçilərinin aprel ayında batırdığı bu gəminin qiyməti 750 milyon dollardır.

Ukraynanın geri aldığı Zmeyni adasında rusların 165 milyon dollarlıq texnikası məhv edilib. Hərbçilər “Tor”, “Pantsir” və “Strela” kimi 8 ədəd zenit kompleksləri məhv edib”, – nəşr bildirib.

“Forbes” Ukrayna ordusunun məhv etdiyi bəzi texnikalarının adlarını və qiymətlərini də dərc edib:

“Moskva” raket kreyseri – 750 milyon dollar

İl 76 təyyarəsi – 86 milyon dollar

“Saratov” desant gəmisi – 75 milyon dollar

Su-30SM təyyarəsi – 50 milyon dollar

Su-34M 40 milyon dollar.

Bildirilib ki, avqustdaKrımdakı Saki aerodromunda Rusiyanın 9 ədəd təyyarəsi məhv edilib:

“Bu, İkinci Dünya müharibəsindən bəri Rusiya aviasiyasının ən böyük itkisi hesab olunur.

Rus ordusu ən böyük itkini isə işğalın ilk həftəsində verib. Həmin vaxt Ukrayna ordusu düşmənin 2.2 milyard dollarlıq texnikasını məhv edib”.

Bu arada isə Ukrayna müharibənin 182-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bildirilib ki, Rusiya indiyə qədər 45 700 hərbçi, 1 924 ədəd tank, 4243 ədəd zirehli döyüş maşını, 1036 ədəd artilleriya sistemi, 266 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 147 hava hücumundan müdafiə sistemi, 234 ədəd hərbi təyyarə, 199 ədəd helikopter, 3160 ədəd avtomobil texnikası, 819 ədəd PUA, 196 qanadlı raket, 15 gəmi/qayıq, 99 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

Molla rejimi ordunun müdafiədən hücum doktrinasına keçdiyini bildirir

GADTB: İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəmian bildirib ki, Fars körfəzindəki son hərbi əməliyyatlardan …

Molla rejimi husilərə yeni hərbi və texniki dəstək göndərir

GADTB: “Şeba Kəşfiyyatı” İranın Yəməndə hərbi və texniki mövcudluğunu gücləndirdiyini açıqlayıb. Məlumata görə, “Əbu Mustafa” …