Cümə , Yanvar 3 2025
azfa

Fransanın “Total” neft şirkəti İran adlanan ölkəni rəsmi olaraq tərk etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransanın “Total” neft şirkəti İran adlanan ölkəni rəsmi olaraq tərk etdi. Bu barədə İranın neft naziri Bijen Namidar Zəncənə məlumat verib.

B.Zəncənənin sözlərinə görə, buna səbəb ABŞ-ın İran adlanan ölkəyə qarşı tətbiq etdiyi sanksiyalardır.

Xatırladaq ki, Çin Milli Neft-Qaz Korporasiyası (CNPC) İranın “Cənubi Pars” təbii qaz yatağının 11-ci fazasının inkişafı layihəsində “Total” neft-qaz şirkətinin yerini tutub. Beləliklə, layihədə 30 faizlik səhmdar olan CNPC “Total”ın bu layihədəki 50 faizlik səhmlərini də alaraq payını 80 faizə çatdırıb. Bununla da CNPC 5 milyard dollarlıq layihənin ən böyük səhmdarı olub.

Həmçinin yoxlayın

“Traxtur” Əhvazın “İstiqlal” komandasını 3-0 hesabı ilə məğlub etdi

GADTB: Güney Azərbaycanın Azərbaycanın “Traxtur” komandası İranın birinci futbol liqasının birinci yarısını birinciliklə başa vurub. …

İsrail İranın Suriyadakı yeraltı raket istehsalı zavodunu darmadağın etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail yanvarın 2-də Suriyada İranın raket istehsal edən …

Bir cavab yazın