GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadə Kataloniya Prezidenti cənab Pere Aragonesə məktubla müraciət edərək Kataloniyanın keçmiş prezidenti Carles Puigdemonta qarşı edilən ədalətsiz, qanunsuz və etikadan kənar hərəkətləri qınadı.
Sayın Əjdər bəyin məktubunun bir hissəsində yazılıb: “Hörmətli Prezident Aragones, təəssüf ki, Kataloniyanın keçmiş prezidenti Carles Puigdemonta qarşı edilən ədalətsiz, qanunsuz və etikadan kənar hərəkətlərin şahidi olduq.
Şərəfli Carles Puigdemontun qanunsuz olaraq həbs edilməsini və təqib edilməsini şiddətlə qınayıb, insanların öz taleini özləri təyinetmə hüquqlarını dəstəkləyirik. Cənab Puigdemont, 2017 -ci ildə müstəqilliyə səs verən Kataloniya xalqını haqlı olaraq təmsil edirdi.
İrandakı ata -baba torpaqlarımızda məskunlaşmış 40 milyon Güney Azərbaycanda Azərbaycan türkü, Kataloniya xalqının öz müqəddəratını təyin etmək istəyinə rəğbət bəsləyir. Bütün insanlar ata-baba yurdlarında özləri qərar vermək hüququna malikdirlər. Bu səbəbdən Kataloniya xalqının və keçmiş prezident Carles Puigdemontun yanındayıq.
Hörmətlə,
Əjdər Tağızadə
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı”
Məktubun ingiliscə mətni: