Çərşənbə axşamı , Dekabr 16 2025
azfa

GADTB başqanı Əjdər Tağızadənin Laçının azad edilməsi münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Laçının və ətraf kəndlərinin erməni işğalından azad olunması münasibətilə Azərbaycan prezidenti, Azərbaycan türk milləti və dünya türklərini təbrik edib.

Sayın Əjdər bəyin təbrik mesajında deyilir ki, Ali Baş Komandanın qətiyyəti və şanlı Azərbaycan ordusunun igidliyi nəticəsində işğalçı Ermənistan təslim olmağa məcbur qaldı. Nəticədə erməni işğalında olan Laçın rayonu artıq bu gün azad edilib və müzəffər Azərbaycan ordusu həmin Azərbaycan ərazilərinə daxil olub.

GADTB olaraq ölkəmiz Azərbaycanın bu qələbəsini sevinclə qarşılayıb, bu münasibətlə Azərbaycan prezidenti, Azərbaycan türk milləti və Türk Dünyasını təbrik edirik.

Yaşasın Azərbaycan ordusu!

Qarabağ Azərbaycandır!

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

İranda məhbuslar edama qarşı aclıq aksiyasına başladılar

GADTB: Bu gün səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması …

Urmiya Universitetində “Azərbaycan” sədası göylərə yüksəldi

GADTB: Urmiya Universitetində keçirilən “Çillə gecəsi” adlı xüsusi proqram zamanı mindən artıq tələbə “Azərbaycan” adını …

Bir cavab yazın