GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə “arb24 TV”-də “İrandan Bakıya sərhəd təhdidi: Bakı “Təbriz planı”nı işə salmağa hazırlaşır?” mövzusunda çıxış edib.
Sayın Əjdər bəy Tağızadə həmin proqramda çıxışında molla rejimin yenidən Azərbaycan sərhədinə qırıcı göndərib, öz zənnincə Azərbaycanı təhdid etməsi, yalan danışaraq həmin əməlin adi təlim keçirmə olmasını deməsi, rejimin Azərbaycan türklərindən qorxuya düşdüyündən dağıdıcı siyasətinə davam etməsi, molla rejimin artıq dağılmaqda oldması və s. məsələləri danışmışdır.
Sayın Əjdər bəyin çıxışının videosuna buradan baxa bilərsiniz: