Cümə , Oktyabr 16 2026
azfa

Ədəbilin Balıqlı çayının sahilinə ənənəvi “Novüstü ” mərasimi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, çərşənbə günü martın 15-də Ərdəbil şəhərinin Balıqlı çayı sahilində hər il keçirilən ənənəvi çərşənbə mərasimi keçirilib.

Hökumətin tətbiq etdiyi bütün məhdudiyyətlərə baxmayaraq, bu il də çərşənbə günü səhər saatlarında mərasimi keçirmək üçün minlərlə azərbaycanlı Balıqlı çay qırağına toplaşaraq, axar suyun üzərindən atlama mərasimini icraediblər.

Adətə görə, hər il ərdəbilli qadınlar İlaxır çərşənbədə özləri ilə su küzəsi, qayçı və süpürgə götürərək Balıqlı çayının “Yeddi göz” körpüsünün kənarınnda “Suüstü” mərasimini nümayiş etdirirlər. İnanca görə mərasim arzuları çin etmək və çətinlikləri arxada qoymaq məqsədi ilə həyata keçirilir.

Çərşənbə günü səhər keçirilən bu mərasim Azərbaycanın əksər bölgələrində mövcud olub və əksər yerlərdə bu gün də keçirilir. Ərdəbildə mərasim əvvəllər daha geniş şəkildə keçirilirdi.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …