Şənbə , Oktyabr 24 2026
azfa

GADTB başqanı Əjdər Tağızadənin Zəngilan şəhəri və 20-dən artıq kəndin azad edilməsi münasibətilə təbrik mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Zəngilan şəhəri və 20-dən artıq Azərbaycan kəndinin erməni işğalından azad etməsi münasibətilə Azərbaycan prezidenti, Azərbaycan türk milləti və dünya türklərini təbrik edib.

Sayın Əjdər bəyin təbrik mesajının bir hissəsində bildirilir ki, şanlı Azərbaycan ordusunun vətənimizin işğal edilmiş ərazilərini erməni işğalından azad etməsini sevincə qarşılayıb, bu münasibətlə Azərbaycan prezidenti, Azərbaycan türk milləti və Türk Dünyasını təbrik edirik.

Yaşasın Azərbaycan ordusu!

Qarabağ Azərbaycandır!

Əjdər Tağızadə

Güney Azərbacan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Mai Sato müharibənin İranda repressiyaları daha da gücləndirdiyini deyir

GADTB: BMT-nin İran üzrə xüsusi məruzəçisi Mai Sato sosial media hesabında bildirib ki, müharibə İranda …

Molla rejimindən Traxtura qarşı ayrı-seçkilik: Dubaya uçuşa görə 30 milyard tümən tələb olunur

GADTB: Traxtur klubunun idarə heyətinin üzvü Əli Mahmudzadə bildirib ki, komandanın dövlət təyyarəsi ilə Dubaya …

Bir cavab yazın