GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan İstiqlalçılar Birliyi başqanı sayın Əjdər bəy Tağızadə və Aqil bəy Camal “Prime TV”-də “Ermənilərin “böhran” şousu. İran niyə narahatdır?” mövzusunda çıxış ediblər.
Sayın Əjdər bəy və Aqil bəy həmin proqramda çıxışında həmçinin ermənilərin BMT-nin Təhlükəsizlik Şurasında heç bir uğur qazanması, İranın isə Ermənistanın məğlubiyyətindən narahatlığı, Azərbaycanın bütün bölgədə güclü dövlət kimi böyük rol oynaması, ermənilərin cinayətkar olması və Azərbaycan türklərinə qarşı soyqırım törətməsi və s. məsələlərdən danışıblar.
Sayın Əjdər bəyin və Aqil bəyin çıxışının videosuna baxa bilərsiniz: