
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə və sayın Rahim Telman bəy Sadıqbəyli “MGTV Türk Dünyasının Sesi”-də “ABD basınına göre İsrail, İran’a saldırmaya hazırlanıyor! Pezeşkiyan: gelsinler bakalım!” mövzusunda çıxış ediblər.
Sayın Əjdər bəy Tağızadə və Rəhim bəy həmin proqramda çıxışında həmçinin İran müxalifətinin Fransada böyük mitinq keçirməsi, Xalq Mucahidlərinin pəhləvi rejimi ilə mübarizəyə başlaması, vaxtilə indiki rejimin rəhbərlərindən bəzilərinin Xalq Mücahidlərindən olmaları, fars rasistlərinin digər tərəfdən şahın oğlunu hakimiyyətə gətirməyə cəhd göstərmələri, Xalq mucahidləri indiki rejimlə birlikdə fəaliyyət göstərdikləri, sonradan düşmən olmaları və hər ikisinin də Azərbaycana qarşı olması, Güney Azərbaycanda isə Azərbaycan türklərinin müstəqillik uğrunda mübarizə aparması və s. məsələlərdən danışmışlar.
Sayın Əjdər bəy və Rahim bəyin çıxışının videosuna baxa bilərsiniz: